Merz: Putinlə danışmaq eskalasiyaya səbəb olur

28.06.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Almaniya kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağın hazırda məqsədəuyğun olmadığını bildirib. Onun fikrincə, bu cür əlaqələr Ukraynadakı müharibənin daha da alovlanmasına səbəb olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Merz Süddeutsche Zeitung qəzetinə müsahibəsində danışıb.

Kanslerin sözlərinə görə, ötən ilin yayında Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərindən və keçmiş kansler Olaf Şoltsun Putinlə son telefon danışığından sonra Rusiya ordusunun hücumları və Ukrayna şəhərlərinə raket zərbələri artıb.

“Əgər bu cür danışıq və səfərlərin nəticəsi bundan ibarətdirsə, mən belə təmaslardan uzun müddət uzaq durardım”, – deyə Merz vurğulayıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью