Merz: Ukraynada münaqişəyə son qoymaq üçün “kiçik şans” var | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. Almaniya kansleri Fridrix Merz hesab edir ki, hazırda Ukraynada münaqişəyə son qoy
Bizimyol.info xəbər verir ki, bu barədə Merz ARD televiziyasına müsahibəsində bildirib. O, münaqişəyə son qoyulmalı olduğunu qeyd edib.
“Və mən inanıram ki, indi kiçik bir şans var. Bu, çox azdır, amma şans var”, - deyə bildirib.
Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və Polşanın baş nazirləri Keir Starmer və Donald Tusk mayın 10-da Avropa ölkələrinin Amerikanın təşəbbüsü kimi öz atəşkəs təşəbbüsü ilə çıxış etmək niyyətində olduqları barədə xəbərlərin yayıldığı bir vaxtda - mayın 10-da Kiyevə gəliblər.
Onlar Vladimir Zelenski ilə görüş keçirib, orada Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.
Merzin ZDF televiziyasında qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp Kiyevdəki görüşdən dərhal sonra məlumatlandırılıb.
Almaniya kansleri növbəti dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının mümkünlüyünü istisna etməyib.
"Əlbəttə, buna cəh edilməlidir", - deyə o, telekanala bildirib.
Tam oxu
Xəbəri oxu