Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Almaniya kansleri Merz Ukraynaya silah tədarükü məsələsinə aydınlıq gətirməyə çağırıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Merz bu bəyanatı baş nazirlərlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib. O, Ukraynaya verilən Avropa silah sistemlərinin, o cümlədən “Patriot” raketlərinin ABŞ ehtiyatlarından necə dəyişdiriləcəyi məsələsinə aydınlıq gətirilməsini tələb edib.
Merz, eyni zamanda, ABŞ-nın Ukraynanı avropalı tərəfdaşlar tərəfindən maliyyələşdirilən silahlarla təmin etməyə hazır olduğuna işarə edib və Almaniyanın buna “mühüm töhfə” vermək istədiyini bildirib.
E. KAMAL