Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22.01.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Almaniya kansleri Fridrix Merz Davosdakı Dünya İqtisadi Forumunda çıxış edib.

Bakıvaxtı.az AFP-yə istinadla xəbər verir ki, o, böyük güclərin siyasətinin üstünlük təşkil etdiyi yeni və təhlükəli bir dövrün başladığını bildirib.

Merz yalnız gücün əsas meyar olduğu beynəlxalq sistemin həm kiçik, həm orta, həm də böyük dövlətlər üçün riskli olduğunu vurğulayıb.

Kansler Avropanın müdafiəyə daha çox investisiya etməli, rəqabət qabiliyyətini artırmalı və NATO çərçivəsində transatlantik həmrəyliyi gücləndirməli olduğunu qeyd edib.

O, ABŞ-nin son Qrenlandiya açıqlamalarını da müsbət dəyərləndirərək, Avropanın birlik içində qətiyyətli mövqe sərgiləyəcəyini bildirib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью