Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya kansleri Fridrix Merts bildirib ki, Holokostla bağlı ölkənin tarixi məsuliyyətini qəbul etməyən müsəlman immiqrantlar Almaniyanı tərk etməlidirlər.
Turkustan.az xəbər verir ki, Almaniyanın DPA xəbər agentliyinin məlumatına görə, Merz İsraildə dörd ildən bir keçirilən yəhudi idman tədbiri “Makkabiah”da iştirak edən idmançıları Berlində qəbul edib.
Kansler çıxışı zamanı Almaniyanın Holokostla bağlı tarixi məsuliyyətinə toxunaraq bildirib:
“Ölkəmizin bu tarixi məsuliyyəti İslam ölkələrindən Almaniyaya gələnlərə də eyni dərəcədə aiddir. Buna əməl etməyənlər ölkəmizi tərk etməlidirlər”.
Merz 1985-ci ildə Almaniyanın keçmiş prezidenti Riçard fon Vayzaekerin Federal Parlamentdəki çıxışını da xatırladıb. Həmin çıxışda keçmiş prezident gənclərin tarixi hadisələrə görə məsuliyyət daşımadığını, lakin tarixin bundan sonra necə formalaşacağına görə məsuliyyət daşıdıqlarını vurğulamışdı.
Kansler bu fikrin bütün Almaniya cəmiyyətinə, o cümlədən ölkəyə gələn immiqrantlara da aid olduğunu bildirib.
Aytən Yaşar/Turkustan.az