GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz Cənubi Afrikada keçirilən G20 sammitindən sonra ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planı üzrə noyabrın 27-də razılığa gəlmək ehtimalını şübhə altına alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Pessimist olduğumu söyləmək istəmirəm, lakin hazırda əmin deyiləm ki, yaxın bir neçə gün ərzində məsələ prezident Trampın istədiyi qərara çatacaq”, – deyə Merz bildirib.
Kansler Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edən tərəflər arasında mövcud fikir ayrılıqlarını qeyd edib. Bununla belə, Merz Trampın sülh planı çərçivəsində bu fikir ayrılıqlarının həllini tamamilə istisna etməyib.
Tahir Turan
Globalinfo.az