Merzi gözləyən təhlükə: almanların çoxu eyni fikirdədir

16.11.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Almanlar kansler Fridrix Merzin fəaliyyətindən narazıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberq” agentliyi məlumat yayıb.

“O, vəzifəyə gələndə ölkə iqtisadiyyatını canlandırmaq, infrastrukturu bərpa etmək və Almaniyanı dünya siyasətində nüfuzlu etmək vədi vermişdi. Lakin  Merzin sözünü yerinə yetirə bilməməsi onun vəzifə müddəti bitmədən getməsinə səbəb ola bilər.

Sonuncu sorğulara görə, almanların yalnız 16 faizi hazırkı kansleri növbəti federal seçkilərdə namizəd kimi görmək istəyir. Onun iki partiyalı koalisiyası daxili münaqişələr və rəqabət səbəbindən iflic vəziyyətindədir”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью