Merzin reytinqi kəskin şəkildə aşağı düşdü

25.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almanların təxminən 90%-i kansler Fridrix Merzin fəaliyyətindən narazıdır.

Axar.az xəbər verir ki, bu barədə Sosioloji Forsa İnstitutunun keçirdiyi sorğunun nəticələrində deyilir.

Belə ki, almanların 88%-i Merzin fəaliyyətindən narazı olduğunu bildirib. Bu, bir həftə əvvəlki göstərici ilə müqayisədə 2% bəndi çoxdur. Bununla yanaşı, kanslerin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı mühafizəkar blokunun tərəfdarları arasında da respondentlərin 60%-i Merzin fəaliyyətindən narazı olduğunu deyib.

Sorğuda iştirak edənlərin yalnız 11%-i Merzin fəaliyyətindən razı qaldığını vurğulayıb. XDİ/XSİ tərəfdarları arasında isə kanslerin fəaliyyətindən razı olanların payı 39% təşkil edib.

Sorğu noyabrın 17-dən 23-dək 2,5 min seçici arasında keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью