Mesaj aydındır: Türkiyə hədəf deyil!

04.10.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Prezident İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər yeni ictimai-siyasi və geosiyasi reallıqlar, yaxın və uzaq regionlarda baş verən mürəkkəb proseslər fonunda olduqca mühüm və ciddi məzmun daşıyır.
Çox təəssüf ki, Cənab Prezidentin mesajlarındakı bəzi nüansları bir çox yerli və xarici media orqanı və ictimai institutlar düzgün anlamayaraq yanlış yerə yozmağa çalışır. Qardaş Türkiyə ilə sarsılmaz münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr manipulyasiya ilə məşğul olur.
Azərbaycan Prezidenti Türkiyə ilə qardaşlığımızın gücünü, İkinci Qarabağ savaşında Türkiyənin rolu və yerini hər zaman xüsusi olaraq vurğulayır və ona görə də, iki dövlət arasına nifaq salmaq xülyasına düşənlər gedib öz işləri ilə məşğul olsunlar. İlham Əliyevin “Biz heç vaxt ikibaşlı oyun oynamamışıq, heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik” fikrinə gələk. Əslində ünvan bəllidir, 44 günlük müharibədə Ermənistana dəstək verən, Zəfərdən sonra ikibaşlı oyun oynayab və bu gün də hələ bəzi dövlət rəsmilərinin Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir deyən Tehran molla rejimindən söhbət gedir.
Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, ölkəmizə qarşı kənar təhdidləri, səfirliyimizə terror hücumları təşkil edənləri, daspora üzvlərimizə qarşı amansızlıqlar edən ölkələri də xatırlatmağa ehtiyac yoxdur. Son 3-4 ilin siyasi xronikasına baxsaq, görərik ki, Azərbaycan onlara ən layiqli cavabı verib. Necə deyərlər, bizə tuşlanan hər bir oxa 10 oxla cavab verib, bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarıb.
Yaxud, “Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin” mesajı. Cənab Prezident regionda müharibə və münaqişələrin getdikcə alovlandığını, Şimal və Cənubda (Rusiya və İran) Azərbaycanın ən yaxın perimetrində gərginliklərə toxunarkən sözardı bu məsələyə diqqət çəkdi. Yəqin fikri anlayanlar anladı ki, söhbət kimdən gedir.
Həmin çıxışın başqa bir frazasında Azərbaycana qarşı hərbi və ideoloji təxribatlardan söhbət açıldı, Qarabağın və Şərqi Zəngəzur quruculuğuna nəzər salındı. Azərbaycana qarşı kimlərin təxribat törətmək niyyətləri olduğunu, Qarabağdakı yeni reallıqlara hansı ölkənin qısqanclıqla yanaşdığını da izah etməyə ehtiyac yoxdur.
Ümumilikdə, İlham Əliyev Azərbaycanın ətrafında baş verən gərginliklər fonunda təhkükəsizlik məsələsini ən strateji amil kimi xarakterizə etdi. Hər zaman güclü olmalıyıq, ələlxüsus da bu gün daha 10 qat güclü mesajı tarixən Azərbaycana qarşı nankorluq edən, bir az zəifləyən kimi öz xain planını işə salan Ermənistana və onun arxasında duran qüvvələrə yönəlib bu mesaj.
“Dövlətçiliyimizin, milliyiyimizin təhlükəsizliyi əsas amildir” bəyanatının fəlsəfi məzmunu da hər şeyi ifadə edir. Azərbaycanın dövlətçiliyinə, milli müstəqilliyinə, son 200 ildə kimlərin ağır zərərlər vurması da hamıya bəllidir.
“Siyasətdə emosiyala yer yoxdur”. Azərbaycan dövləti güclü hərbi-siyasi mövqeyə malikdir, Cənubi Qafqazın lideridir, siyasi-iqtisadi-hərbi flaqmanıdır. Ətrafdakı bəzi güclərin emosiyalarını cilovlaya bilməməsi və başqa dövlətlərin ərazisinə hücumları göz önündədir. Rəsmi Bakı isə emosiya, təhdidlə hərəkət etmir, Bu baxımdan“Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” bəyanatının arxasında da çox ciddi məna dayanır.
Bir sözlə, YAP-ın VIII Qurultayında Cənab İlham Əliyevin çıxışı müdrik və rasional istedadın nümunəsi olmaqla, Prezidentin mükəmməl fəaliyyət Proqramı, gələcəyə müasir və strateji baxışın manifesti hesab edilə bilər.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью