News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Aprelin 11-də AFFA Hesabat Konfransı keçirdi.
Konfransın adından da göründüyü kimi, tədbir bir növ formal xarakter daşıyırdı.
Yəni ötən il görülən işlərin yekununa dair daha çox maliyyə hesabat vermək.
Federasiya nə qədər pul xərcləyib, nə qədər gəlir götürüb, klublara nə qədər pul ayrılıb və sair və ilaxır.Hər il olduğu kimi, ötən ildə də ümumən bütün futbolumuza on milyonlarla manat pul xərclənib.
Nəticə isə olub heç nə, sıfır. Yəni Millətlər Liqasında qazandığımız 1 xal (əgər buna qazanc demək olarsa) və Avropada ən zəif 6 komandanın
Və nəticənin belə acınacaqlı olması heç də təkcə AFFA-nın köhnə rəhbərliyinin bizə tragik mirası deyil.
Millinin sırf son bir ilinə görə indiki rəhbərlik də yaxasını kənara çəkə bilməz.Fernandu Santuşu ki, bura Rövnəq Abdullayev gətirməyib.Nə isə biz konfransa qayıdaq.
Əlbəttə, belə rəsmi, protokol tədbirlər adətən sıxıcı və yorucu olur.