Məscid yaxınlığında partlayış olub, bir nəfər ölüb

14.04.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərində məscid yaxınlığında partlayış baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Şahidlərin sözlərinə görə, ən azı bir nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. İlkin məlumatlara görə, hadisəyə səbəb əvvəlcədən quraşdırılmış partlayıcı qurğunun partlaması olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью