Məscid yaxınlığında terror: 31 nəfər öldü, 16 sı polisdir

19.09.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var. Hücum nəticəsində 100-dən çox insan yaralanıb.

Bildirilir ki, atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı hücumçunu zərərsizləşdiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью