Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Lənkəran rayonunun Lüvəsər kənd məscidinin imam müavini Taleh Əliyevi həmin məscidin həyətində 1995-ci il təvəllüdlü kənd sakini Çingiz Əlizadə öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Çingiz Lüvəsər kənd məscidinin imam müavini vəzifəsində işləyən Talehi 28 sentyabr 2022-ci ildə məsciddə islam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərlə müqayisədə özünün daha çox biliyə malik olduğunu hesab edib, qəti şəkildə onun fikirlərinə qarşı çıxıb.
Talehin din xadimi kimi insanları yalnış məlumatlandırdığını düşünən Çingiz onu öldürmək qərarına gəlib.
Sentyabrın 29-da saat 6 radələrində, yəni sübh namazı vaxtı o, yaşadığı evdən bıçaq götürüb və məscidə gedib.
Orada vətəndaşlardan birinin uca səslə namaz qılmasına irad bildirib, Talehi münaqişəyə cəlb edib.
Daha sonra Talehin döş qəfəsinə, bel və sol said nahiyələrinə bıçaq zərbələri vurub.
Lakin Talehin aktiv müqaviməti, hadisə yerində olan insanların müdaxiləsi, həmçinin Talehin xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində o, cinayəti başa çatdıra bilməyib.