Məsciddə namaz qılırmış kimi davranaraq ayaqqabı oğurladı VİDEO

06.01.2025

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məsciddə namaz qılırmış kimi davranaraq ayaqqabı oğurladı - VİDEO

İstanbulun Karaköy qəsəbəsindəki məsciddə namaz qılır kimi davranan şəxs vətəndaşa məxsus 6 min TL dəyərində ayaqqabı oğurlayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq anları təhlükəsizlik kamerasına düşüb.

Hadisə Karaköy Bereketzadə məhəlləsindəki məsciddə baş verib. Əldə edilən məlumata görə, Tolqa Kaçar günorta saatlarında məscidə gələrək ayaqqabılarını şkafın içinə qoyaraq namaza başlayıb. Bu zaman məscidə girən A.Yusuf ətrafdakılar getdikdən sonra Kaçara məxsus 6 min lirəlik ayaqqabını oğurlayaraq məsciddən çıxıb.

Namazı qıldıqdan sonra məsciddən çıxmaq istəyən Tolqa Kaçar ayaqqabılarını tapa bilməyib.

Bunun üzərinə məscid rəsmisi ilə birlikdə araşdırdığı təhlükəsizlik kamerasında ayaqqabılarının oğurlandığını görən Kaçar məsciddə geyindiyi başmaq ilə polis bölməsinə gedərək şikayət edib.

Şübhəli polislər tərəfindən yaxalanaraq həbs edilib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью