Məsciddə öpüşən iki rus turist həbs olundu | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbuldakı Böyük Çamlıca məscidində nalayiq davranışa yol verdikləri aşkarlanan iki turist haqqında ittihamnamə hazırlanıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 26-da baş verib.
Üsküdardakı Böyük Çamlıca məscidinin həyətində iki əcnəbi vətəndaşın nalayiq davranışı ilə bağlı görüntülər sosial mediada paylaşılıb.
Bundan sonra Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb və nəticədə K.Z. və S.S. polis tərəfindən saxlanılıb.
Həmin şəxslərin Rusiya vətəndaşı olduğu və Türkiyəyə turist kimi gəldikləri müəyyən edilib. Hadisə ilə bağlı izahat verən K.Z.
Rusiyada yaşadığını, İstanbulda istirahət zamanı sevgilisi ilə birlikdə Çamlıca məscidinə getdiyini bildirib.
O, girişdə məscidə necə daxil olmağı göstərən heç bir yazılı və ya əyani işarəyə diqqət etmədiyini söyləyib. K.Z.
Tam oxu
Xəbəri oxu