Məsciddə partlayış, 3 nəfər ölüb

31.03.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Partlayış nəticəsində 3 vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb", - nazirliyin Teleqram kanalında yayılan məlumatda qeyd olunub./ APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью