Məsciddə pişiyə təpik atan kişi SAXLANILDI

04.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Ərzurum şəhərində məsciddə namaz qılarkən pişiyə təpik atan kişi saxlanılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ərzurumda yerləşən “Adalar” məscidində gecə namazı zamanı baş verib.

Namaz vaxtı məscidə daxil olan pişik bir müddət ibadət zalında dolaşıb. Daha sonra heyvan namaz qılan şəxslərdən birinə yaxınlaşıb. Həmin şəxs isə pişiyə təpik vurub.

Hadisə məscidin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə təpik zərbəsindən sonra pişiyin imamın olduğu istiqamətə tərəf uçduğu, imamın isə hadisəyə baxmayaraq namazını davam etdirdiyi görünür.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra hadisə ciddi ictimai rezonans doğurub. Ərzurum Baş Prokurorluğu heyvanların mühafizəsi haqqında qanun çərçivəsində araşdırmaya başlayıb.

Pişiyə təpik atan şəxs saxlanılıb. Onun hansı cəza ilə üzləşəcəyi hələlik açıqlanmayıb.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью