Məsciddə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub

28.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın cənubundakı La-Qran-Komb kommunasında məsciddə bir nəfərin qətlində şübhəli bilinən şəxs İtaliyada hüquq-mühafizə orqanlarına təslim olub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "France Presse" agentliyi bu işi aparan prokurora istinadən məlumat yayıb.

“Məsciddə bir nəfəri öldürməkdə şübhəli bilinən şəxs İtaliyanın mərkəzindəki polis bölməsində təslim olub”, - məlumatda qeyd edilib.

Daha əvvəl Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, şübhəli şəxs bundan əvvəl qatil statusu qazanmaq üçün bir neçə nəfəri öldürmək istədiyini sosial şəbəkədə etiraf edib.

Məlumata görə, qətl aprelin 25-də baş verib. Şübhəli məsciddə həmin şəxsə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью