Məsciddə terror aktı: 15 nəfər öldü

18.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Pakistanda cümə namazı vaxtı dəhşətli partlayış törədilib.

"Yeni Sabah” xəbər verir ki, qanlı hadisə ölkənin Xeybər-Paxtunxva vilayətində qeydə alınıb. Partlayıcı yüklü avtomobil məscidin yaxınlığındakı obyektlərdən birinə çırpılaraq işə salınıb.

Qanlı insident nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir. pizza mizza

Zərbənin gücündən ibadət evinin binasına ciddi ziyan dəyib. Ərazidə xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətini davam etdirir.

Terror hücumu ilə bağlı məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью