Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

29.03.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dağıstanda öldüyü güman edilən qadın məsciddə vida mərasimi zamanı qəflətən dirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qadın xəstələnib və huşunu itirib - yaxınları onun dünyasını dəyişdiyini düşünüblər. Meyiti yumaq üçün məscidə gətiriblər və o, burada gözlərini açıb.

Dirilən qadın xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, əvvəllər ona "Lazarus sindromu" diaqnozu qoyulub - bu, ürək dayanmasından sonra qan dövranının kortəbii bərpasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью