Məscidə hücum: 44 nəfər öldü, matəm elan edildi

22.03.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Nigerin cənub-qərbində məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Toumba məlumat yayıb.

Nazir açıqlamasında 4-ü ağır olmaqla, 13 nəfərin yaralandığı hücumun İŞİD-ə bağlı terror qrupıarı tərəfindən həyata keçirildiyini bildirib.

Hökumət hücumla əlaqədar bu gündən başlayaraq ölkədə 3 günlük milli matəm elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью