Məscidə hücum edib dindarları güllələdilər

23.11.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn dindarlara atəş açıb. SİA xarici mediaya istinadən xəbər verir ki, Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğu bildirilir. Cümə axşamı axşam saatlarında bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir ekstremist qrup üzərinə götürməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью