Məscidə it bağlayan “Yeddi oğul”dan biri”: Mirpaşanın ANIM GÜNÜDÜR | Icma.az
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İxtisasca rəssam olsa da, Azərbaycan kinosunda “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” və digər filmlərdə yaddaqalan obrazları ilə adını kino tarixinə yazdırıb.
Tamaşaçıların yadddaşında daha çox “Yeddi oğul istərəm”də məscidə it bağlayan Mirpaşa, “Dədə Qorqud”da isə Qaraca çoban kimi qalıb.
Bu gün Azərbaycanın teatr rəssamı, Əməkdar incəsənət xadimi Elçin Məmmədovun xatirə günüdür.
Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb: “Elçin böyük sənətkar idi.
Bilirsiniz ki, Elçin görkəmli rejissor Mehdi Məmmədov və aktrisa Barat Şəkinskayanın oğlu idi.
“Yeddi oğul istərəm” filmində oynadığı Mirpaşa rolunu o qədər mükəmməl yaratmışdı ki, baxanda heyrətlənirdim.
Yadımdadır ki, buna görə onu qınaq atəşinə tutanlar da oldu. Amma elə filmdə də cəzasını almışdı deyə çox üstünə getmədilər.
Tam oxu
Xəbəri oxu