Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Polşa xüsusi xidmət orqanları məktəbdə və məsciddə terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni saxlayıb.

Bu barədə Polşa Milli Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“18 sentyabr 2026-cı ildə Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Milli Prokurorluğun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya İşləri Departamentinin Sileziya şöbəsinin prokuroru ilə razılaşdırılaraq 2009-cu il təvəllüdlü, Polşa vətəndaşı Pavel Q.-nı saxlayıblar”, – qurumun saytında dərc olunan bəyanatda bildirilib.

Axtarış zamanı onun üzərində silah, həmçinin nasist simvolikasını əks etdirən kitablar və qol nişanları aşkarlanıb.

Bundan əlavə, prokurorluğun məlumatına görə, yeniyetmənin sosial şəbəkələrində məktəbə və məscidə hücumun planlaşdırılması ilə bağlı yazışmalar aşkar edilib. /Trend 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью