Məscidül Əqsaya girişə 6 aylıq qadağa qoyuldu

16.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsrail hakimiyyətinin Qüdsdə yaşayan 7 fələstinliyə, o cümlədən Məscidül-Əqsanın mühafizəçilərindən birinə müqəddəs məkana altı ay müddətində giriş qadağası qoyduğu bildirilib.

Bu barədə Türkiyənin TRT Haber portalı Anadolu Agentliyinə istinadən məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Qüds Valiliyinin açıqlamasına əsasən, qərar bir gün ərzində yeddi Qüds sakininə münasibətdə qəbul edilib. Onların arasında Məscidül-Əqsa mühafizəçisi Samir Əbu Kuveydir və Əmin əl-Abbasi də var.

Məlumata görə, qadağa yalnız müqəddəs məscidin həyətini deyil, onun bütün girişlərini və bu əraziyə aparan yolları da əhatə edir. Qüds Valiliyi qərarın fələstinlilərin Məscidül-Əqsaya çıxış imkanlarına məhdudiyyətləri artırdığını bildirib.

Valiliyin açıqladığı məlumatlara əsasən, cari ilin əvvəlindən etibarən fələstinlilərin Məscidül-Əqsadan uzaqlaşdırılması ilə bağlı qərarların sayı 850-ni ötüb. Eyni zamanda, avqust ayında 5 min 209 israillinin İsrail qüvvələrinin müşayiəti və mühafizəsi altında Məscidül-Əqsaya daxil olduğu bildirilib.

Qüds Valiliyinin məlumatında sentyabrın 15-də isə 220 israillinin səhər və axşam saatlarında Məğaribə qapısından Məscidül-Əqsaya daxil olduğu qeyd edilib. Xəbərdə qarşıdakı yəhudi dini bayramları ilə əlaqədar Qüdsdə fələstinlilərin müqəddəs məkana girişinə tətbiq edilən məhdudiyyətlərin artdığı bildirilir.

Məscidül-Əqsa ətrafında yaranan vəziyyət Qüdsdə dini və siyasi gərginliyin mühüm məsələlərindən biri olaraq qalır. Müqəddəs məkanın statusu və ona çıxış məsələsi İsrail-Fələstin münaqişəsinin həssas mövzuları sırasında yer alır.

N.Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью