Meşə ərazilərində bir gündə 21 mindən artıq ağac əkilib

25.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə ərazilərində bir gündə 21 mindən artıq ağac əkilib.

Bu barədə "Report"a ETSN-dən məlumat verilib.

Qeyd edilib ki, ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.

Yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə gün ərzində Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şamaxı, Zaqatala, Şəki, Qax, Qəbələ, Masallı, Lənkəran, Qazax, Şəmkir, Beyləqan və Göygöl rayonlarının ümumilikdə 13 hektar meşə fondu torpağının açıq və seyrək ərazilərində 21 mindən artıq Eldar şamı, Şərq çinarı, göyrüş, dəmirağacı, palıd və cökə tingləri əkilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью