“Meşə yanır, kansler yatır” Almaniyada etiraz

24.08.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya kansleri Fridrix Mertzin üç həftəlik tətildən sonra yanğından zərər çəkmiş əraziyə səfəri qəzəblə qarşılanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, meşə yanğınlarının tüğyan etdiyi Şimali Reyn-Vestfaliya əyalətindəki Hürtgenvalda səfər edən kansler çıxışı zamanı fitə basılıb.

Etirazçılar əllərində "Meşə yanır, kansler yatır" və "İndi gəlirsən? Çox gecdir” yazılı lövhələr tutublar.

Mertzin meşə yanğınları və quraqlıq kimi mənfi hadisələr fonunda tətitə çıxması Almaniya mətbuatında da tənqidlərə səbəb olub.

Qeyd edək ki, Almaniyada bu yay meşə yanğınları zamanı 300 hektar ərazi külə dönüb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью