Meşədə 4 gün ac susuz qaldı, ölmədi

23.04.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Vyetnam müharibəsi veteranı tək qalmaq üçün getdiyi dərədə azaraq ölümün pəncəsinə düşüb. Arizona ştatının kimsəsiz meşəliklərində dörd gün ac-susuz qalan 76 yaşlı Mark Yanqın həyat mübarizəsi hər kəsi heyrətləndirib.
Demokrat.az xəbər verir ki, aprelin 16-da icarəyə götürdüyü avtomobillə "Buddy Basin" düşərgəsinə yollanan yaşlı kişi ailəsinə bir müddət tənha qalmaq istədiyini deyib. Lakin ertəsi gün dostu ilə görüşə getməyən Yanqdan xəbər almaq mümkün olmayıb. Narahat olan ailə dərhal polisə müraciət edərək axtarışlara başlayıb.
Həmçinin oxu:
iPhone işlədənlərə təcili xəbərdarlıq
'Bu maşını almayın, peşman olacaqsınız'
Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildi
Hüquq-mühafizə orqanları veteranın avtomobilini tapsalar da, onun yataq çantası da daxil olmaqla bütün əşyaları maşında qalıb. Axtarışlara Yanqın övladları da qoşulub. Nəhayət, aprelin 20-də meşənin dərinliklərindən gələn qışqırıq səsləri xilasediciləri və ailə üzvlərini düzgün istiqamətə yönəldib.
Havanın qaralması səbəbindən yolu azdığını deyən Yanq dörd gün boyunca necə sağ qaldığını danışıb. O, gündüzlər günəşdən qorunmaq üçün kölgəliklərdə gizlənib, gecələr isə dondurucu küləkdən yayınmağa çalışıb. Hətta od qalayıb diqqət çəkmək istəsə də, buna nail ola bilməyib.
Xəstəxanaya çatdırılan veteranın bədəni susuz qalsa da, həkimlər onun ümumi sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Maraqlıdır ki, hadisənin baş verdiyi "Bloody Basin" ərazisi vaxtilə ABŞ ordusu ilə yerli xalqlar arasında baş verən qanlı döyüşlərə görə bu cür adlandırılıb.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью