Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Meşədə ayı ilə qarşılaşarkən panikaya düşmək olmaz. Təhlükəli vəziyyətdə necə davranmaq lazım olduğunu itkin düşmüş və zərərçəkmiş uşaqlara yardım üzrə Milli Mərkəzin mütəxəssisləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, ekspertlər panikaya düşmək əvəzinə yavaş-yavaş geri çəkilməyi və heyvana yaxınlaşmamağı tövsiyə ediblər.
Bununla yanaşı, ayının gözlərinin içinə baxmaq, onu fotoşəkil çəkməyə çalışmaq və yemləmək olmaz. “Əgər ayı sizi görüb və yaxınlaşmaqda davam edirsə, onu yüksək səslə danışmaq və kəskin səslər çıxarmaqla uzaqlaşdırmağa cəhd edə bilərsiniz”, - deyə təşkilatdan bildirilib.
Mütəxəssislər ayı balalarına da yaxınlaşmamağın vacib olduğunu vurğulayıblar. Onların sözlərinə görə, ana ayı yaxınlıqda ola bilər və balasına yaxınlaşmağı təhlükə kimi qəbul edə bilər.
Əgər ayı hücum etməyə qərar verərsə, qaçmaq olmaz. Çünki yırtıcı insandan daha sürətlidir və ondan qaçaraq xilas olmaq mümkün deyil. Belə vəziyyətdə yerə uzanaraq bədəni bükmək, baş və boyun nahiyəsini qorumaq və heyvan hücumu dayandırana qədər hərəkətsiz qalmaq lazımdır.
“Əgər ayı hücumu davam etdirir və geri çəkilmirsə, əlinizdə olan bütün vasitələrlə özünüzü müdafiə edin”, - deyə ekspertlər bildiriblər.
Xədicə BAXIŞLI