Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi Səbəb nədir?

18.11.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amazon meşələrində yaşayan təcrid olunmuş yerli qəbilə uzun illərdən sonra insanlarla əlaqə qurub. Ehtimal olunur ki, buna tropik meşələrin qırılması səbəb olub.

Onilliklər ərzində bəşəriyyətin qalan hissəsi ilə təmasdan qaçan Ava qəbiləsinin 20 üzvü – kişi, qadın və uşaqlar Braziliyanın şimal-şərqində yerləşən Maranyan ştatındakı kəndlərdən birinə gəliblər.

Görünür, onları buna aclıq vadar edib. Belə ki, qəbilənin bəzi üzvləri xeyli arıqlamış vəziyyətdə olublar. Onlar kənd sakinlərindən yemək – yam kökü istəyiblər. Daha sonra isə yenidən meşəyə qayıdıblar. Bu barədə “Der Spiegel” nəşri yazıb.

“Survival International” qeyri-hökumət təşkilatı bu görüşü “tarixi hadisə” adlandırmaqla yanaşı, onu “həyəcan siqnalı” kimi qiymətləndirib.

Təşkilatın rəhbəri Kerolayn Pirsin sözlərinə görə, Ava xalqının yaşaması üçün yararlı ərazilər tropik meşələri qıran müasir sivilizasiyanın təzyiqi altında getdikcə daralır.

Yerli xalqların hüquqlarını müdafiə edən “Coapima” təşkilatı isə yaranan risklərə diqqət çəkib. Bildirilib ki, təcrid olunmuş qəbilələrin nümayəndələri bizim üçün adi hesab edilən xəstəliklərə qarşı immunitetə malik deyillər.

Dünyada müasir sivilizasiyadan uzaq, təcrid olunmuş vəziyyətdə yaşamağa üstünlük verən təxminən 196 “təmasda olmayan” qəbilə və icma məlumdur. Onların 90 faizindən çoxu Amazon tropik meşələrində yaşayır.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью