Meşədə meyiti tapılan tibb bacısı intihar edibmiş

14.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

 Dünən Qusarda meşə sahəsindən 3 gün əvvəl itkin düşmüş Nigar Şabanovanın meyiti tapılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü N.Şabanovanın özünü ağacdan asaraq intihar etdiyi məlum olub.

Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həkimlik edən Elşən Şabanovun həyat yoldaşıdır. O, ərinin yanında çalışırmış

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Fotoda Elşən Şabanov

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью