Meşədə yemək tapa bilməyən canavar rayon mərkəzinə gəlib FOTO

07.01.2025

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Meşədə yemək tapa bilməyən canavar rayon mərkəzinə gəlib - FOTO

Hakkarinin Yüksekova rayonunda ac canavar rayon mərkəzinə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Cümhuriyyət məhəlləsində yaşayan vətəndaşlar çöldə canavarın gəzdiyini bildiriblər və həmin anları lentə alıblar.

Canavarı görən vətəndaşlar: "Hər il olduğu kimi bu il də qışda rayon mərkəzinə vəhşi heyvanlar gəlməyə başlayıb. Bu gün axşam saatlarında məhəlləmizdə gəzən ac canavar gördük və o anları lentə aldıq. Hər kəs diqqətli olmalıdır. Onlar ac olduqları üçün nə edəcəkləri bəllidir. Hər kəs öz qapısının qabağına yemək qabı qoysa, yaxşı olardı. Qar yağdığı üçün onlar yeməyə heç nə tapa bilmirlər, ona görə də mərkəzə gəlirlər", - deyə bildiriblər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью