Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Elşən Hüseynovun törətdiyi cinayətdə təqsirli bilinərək 20 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin cəzasının daha az təyin edilməsini xahiş edib.
Elşən Hüseynov son sözündə vəkilinin dedikləri ilə razılaşdığını bildirib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Elşən Hüseynov 18 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb.