“Məşədi Dadaş”ın imamına suiqəsd etmək istəyən şəxsə hökm oxundu 18 il cəza, ciddi rejim |…
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin əməli həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham əsaslıdır.
Dövlət ittihamçısı çıxışının sonunda Elşən Hüseynovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib və onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini xahiş edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müdafiə etdiyi şəxsə daha yüngül cəza verilməsini istəyib.
Son söz deyən təqsirləndirilən şəxs vəkili ilə razı olduğunu deyib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.
Tam oxu
Xəbəri oxu