Məsələ bağlanır, tezliklə... Trampdan vacib açıqlama

28.04.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranla nüvə razılaşmasına çox yaxınıq, artıq bu məsələni bağlamaq istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tehranla dolayı danışıqların gedişatını şərh edərkən deyib.

“Tezliklə razılığa gələ bilərik. Mən İran müqaviləsini bağlamaq fikrindəyəm. Düşünürəm ki, biz bunu bomba atmadan edəcəyik”, – Tramp əlavə edib.

O, həmçinin ötən gün İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinə mane olması ilə bağlı xəbərləri təkzib edib:

“Əslində seçimi Təl-Əvivin ixtiyarına buraxmaq niyyətində idim. Lakin dedim ki, bomba atmaqdansa, sövdələşməyə üstünlük verirəm”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью