Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Naxçıvan Muxtar Respublikası üç dövlətin sərhədində yerləşir və ətrafda baş verən proseslər bura təsirsiz ötüşmür. Bu gün əsas məsələ Naxçıvanın statusu deyil, onun müdafiəsi, mümkün hadisələr zamanı hansı addımların atılacağı və bu istiqamətdə aparılacaq fikir mübadiləsidir.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“TRIPP yolu Naxçıvandan keçəcək və bu, strateji əhəmiyyət daşıyan mühüm layihədir. Layihənin uğurla reallaşması üçün Naxçıvana əlavə dəstəyin göstərilməsi vacibdir. Türkiyə ilə birbaşa əlaqələrin qurulması, Naxçıvan vasitəsilə Ermənistana məhsul mübadiləsinin aparılması və digər istiqamətlərdə muxtar respublika mühüm rol oynayır.
Hər dəfə Naxçıvanın statusu məsələsini ortaya atmağa ehtiyac yoxdur. Bu, həmin bölgənin əhalisinin verəcəyi qərardır. Hazırda Naxçıvanda bir çox layihələr, yeni iş yerlərinin açılması, yaşıl enerji və digər inkişaf istiqamətləri gündəmdədir. Eyni zamanda, xaricdə yerləşən vətən xainləri süni intellekt və digər texnoloji vasitələrdən istifadə edərək millət və dövlət əleyhinə fəaliyyət göstərirlər. Biz bu cür təhdidlərə qarşı ciddi mübarizə aparmalıyıq. Bu, Naxçıvan üçün də vacib amillərdən biridir. Naxçıvandan seçilmiş deputatlar bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə və təbliğat işləri aparırlar, – S.Novruzov bildirib.
Qeyd edək ki, deputat Fazil Mustafa Naxçıvanın statusundan danışıb.
Safura Bənnayeva
Globalinfo.az