Məsələni nəzarətə götürmüşəm Məleykə Abbaszadə

27.11.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm".

525.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ayırdığı işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq: "Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".

Xatrıladaq ki, BDU-nun C blokunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. Tələbələrin sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью