Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva mümkün Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz onların danışıqlar qrupu üçün şərt qoya bilmərik və istəmirik. Məsələnin bu cür qoyuluşu tamamilə yanlışdır", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Dublində keçirilən qeyri-rəsmi sammitdə Aİ liderləri Ukrayna üzrə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyiblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta yekun mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa siyasətçiləri danışıqlar prosesini dəstəkləyir və Aİ qurumları və "könüllülər koalisiyası" ölkələri birliyin maraqlarını təmsil edəcəklər. Danışıqlar qrupuna Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Birləşmiş Krallıqdan nümayəndələr daxil olacaq.