Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Türkiyədə göbələk yığmaq üçün meşəlik əraziyə gedən şəxsin itməsi ilə bağlı axtarış işlərinə başlanılıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Meşə sahəsinə yollanan İsmayıl Kaya ilə yaxınları əlaqə qura bilməyib. Hadisə barədə dərhal 112 Çağrı Mərkəzinə məlumat verilib.
Hazırda komandalar meşəlik ərazidə İsmayıl Kayanın tapılması üçün axtarış tədbirlərini davam etdirir.
Nuriyyə NATİQQIZI