Məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması genişləndiriləcək

20.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi nəzərdə tutulur.

XQ xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Tədbirlər Planına əsasən, işsizlikdən sığorta ödənişi, peşə hazırlığı, özünüməşğulluq, kvota üzrə və kvotadan əlavə iş yerlərinin müəyyən edilməsi və digər sahələrdə göstərilən xidmətlərin tam avtomatlaşdırılması, həmçinin avtomatlaşdırılmış monitorinq və hesabat mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Görüləcək işlərin yekununda məşğulluq xidmətlərinin əlçatanlığının, operativliyinin və şəffaflığının artırılması, eləcə də xidmətlərin göstərilməsi və monitorinqinin səmərəliliyinin yüksəldilməsi hədəflənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью