Məşhəd şəhərində Əli Xameneinin dəfn mərasimi başlayıb

09.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi onun doğulduğu Məşhəd şəhərində keçirilir.

BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, mərasimə ölkə daxilindən və xaricdən çoxsaylı rəsmi şəxslər, din xadimləri və vətəndaşlar qatılıblar.

Bununla da iyulun 4-dən etibarən Tehran və Qum şəhərlərində, eləcə də İraqın müsəlmanlar üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində təşkil olunan anım və matəm mərasimləri yekunlaşır.

Məlumata əsasən, keçirilən matəm tədbirlərində 45-dən çox ölkədən siyasi nümayəndələr, həmçinin 90-dan artıq dövlətdən alimlər, dini liderlər və tədqiqatçılar iştirak ediblər.

Qeyd edək ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei bu ilin fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью