Məşhəddə xəstəxanada güclü yanğın oldu

31.07.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Məşhəd şəhərində xəstəxanada güclü yanğın qeydə alınıb.

Bu barədə İRNA məlumat yayıb.

Məşhədin Yanğından Mühafizə İdarəsinin əməliyyat işləri üzrə müavini Vahid Baxoda bildirib ki, yanğın Qaem xəstəxanasının həyətində baş verib, orada ağaclıq sahə yanır.

Vahid Baxoda qeyd edib ki, bir qədər əvvəl quruma yanğınla bağlı müraciət daxil olub və dörd briqada hadisə yerinə göndərilib.

Qeyd olunub ki, yanğın binaya keçməyib.

İlkin məlumata görə, xəsarət faktı qeydə alınmayıb, yağınsöndürmə əməliyyatı dəvam etdirilir.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью