Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Avstraliyanın ən məşhur 140 illik “cinli” malikanəsi – Monte-Kristo mülkü əvvəlki sahibinin ölümündən sonra satışa çıxarılıb.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, mülk Yeni Cənubi Uels ştatının cənub hissəsində yerləşən Cuniy şəhərindədir. Bildirilir ki, son 63 il ərzində dünyanın müxtəlif yerlərindən insanlar bu “cinli ev” üçün dünyanın hər yerindən insanlar buraya axışıblar.
“Yeni Cənubi Uelsdəki Monte-Kristo malikanəsi keçmiş sahibinin ölümündən sonra satışa çıxarılıb”, – deyə materialda qeyd ol
Şəhərin meri Bob Kelloqun sözlərinə görə, əvvəlki sahib malikanəni baxımsız və yararsız vəziyyətdə aldıqdan sonra onun bərpasına böyük zəhmət çəkib. Burada ekskursiyalar təşkil olunur, ziyarətçilər binanı içəridən görməklə yanaşı, gecələmək imkanı da qazanırdı. Hazırda evə giriş bağlıdır.
Yerli hakimiyyət nümayəndələri ümid edir ki, malikanənin gələcək alıcıları turistlərin buranı ziyarət etməsinə şərait yaradacaq və bu məkanın tarixi irsini qoruyub saxlayacaqlar.