Icma.az bildirir, Avtosfer portalına istinadən.
Elektrik avtomobil nəhəngi “Tesla”, Şimali Amerika bazarında satışda olan “Model 3” və “Model Y” avtomobillərində artıq “Basic Autopilot” (əsas avtopilot) funksiyasını standart olaraq təqdim etmir.
Avtosfer.az xəbər verir ki, 2026-cı il üçün tətbiq olunan yeni qiymət siyasətinə əsasən, əvvəllər pulsuz olan “Autosteer” (zolaq saxlama) funksiyasından istifadə etmək istəyən sürücülər ayda 99 ABŞ dolları (təxminən 225 AZN) ödəməklə “tam özünüidarəetmə” (FSD) abunəliyi əldə etməli olacaqlar.
Bu dəyişikliklə yeni “Tesla” modelləri standart olaraq yalnız adaptiv kruiz-kontrol ilə təklif olunacaq. Magistralda sükan idarəetməsini proqram təminatına buraxmaq istəyən sürücülər əvvəllər pulsuz təqdim olunan bu xidmət üçün artıq əlavə ödəniş etməli olacaqlar.
Qeyd edilir ki, bu addım “Tesla”nın FSD paketini birdəfəlik alış modelindən çıxarıb tamamilə abunə sistemi ilə təqdim etmə qərarından bir neçə həftə sonra baş verir. Mütəxəssislər bildirirlər ki, əvvəllər standart olan bu xüsusiyyət üçün ödəniş tələb olunması istifadəçilər arasında mənfi reaksiyalar yarada bilər və digər ölkələrdə tətbiq olunub-olunmayacağı hələ də dəqiqləşdirilməyib.
Eltac Zülfüqaroğlu
Oxunub 14