Məşhur aeroporta Trampın adı verildi

09.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Floridada Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adı dəyişdirilib.

Axar.az xəbər verir ki, iyulun 9-dan etibarən hava limanı “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlanır.

Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin adının baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью