Məşhur aktirisa vəfat etdi

11.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

“31 iyun” filmində şahzadə Melisenta obrazı ilə tanınan aktrisa və balerina Natalya Trubnikova 71 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “Kino-teatr.ru” portalı məlumat yayıb.

Aktrisanın qardaşının həyat yoldaşı Larisa Nikolayevna onun vəfat etdiyini təsdiqləyib.

“Natalya dünən axşam dünyasını dəyişdi. Sonuncu dəfə cümə axşamı onun yanında olmuşdum. Özünü pis hiss edirdi”, – deyə o bildirib.

Aktrisanın ailəsindən RİA Novosti-yə verilən məlumata görə, Natalya Trubnikova Alzehmir xəstəliyindən əziyyət çəkirdi və son vaxtlar müstəqil şəkildə hərəkət edə bilmirdi:

“O, Altsheymer xəstəliyindən əziyyət çəkirdi, tək yaşayırdı, hətta özü yumurtanı belə soya bilmirdi. Heç bir yaxşı vəziyyəti yox idi. Yıxılırdı, lakin ayağa qalxa bilmirdi. Qonşularına zəng edirdi, onlar gəlib onu qaldırırdılar. Yalnız gəzdirici vasitənin köməyi ilə hərəkət edirdi”.

Qeyd edək ki, Natalya Trubnikova 1955-ci ildə Moskvada anadan olub. O, erkən yaşlarından rəqslə məşğul olub. Trubnikova Böyük Teatrın nəzdindəki xoreoqrafiya məktəbini, daha sonra isə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) baletmeysterlik fakültəsini bitirib.

O, Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.

Aktrisa kinoda debütünü 1976-cı ildə “12 stul” filmində edib. O, filmdə Ostap Benderin xəyalında canlandırdığı gəmi kapitanı obrazını oynayıb.

Trubnikovaya böyük şöhrəti isə “31 iyun” filmindəki şahzadə Melisenta rolu gətirib.

Aktrisa, həmçinin “Kloun”, “Şlyapa”, “Uçuş zamanı ölüm”, “Qar kraliçasının sirri”, “Alyaska Kid” və digər filmlərdə rol alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью