Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu, bizik" ("This Is Us") serialındakı roluyla məşhurlaşan amerikalı aktrisa Krissi Mets xarici görünüşündəki nəzərəçarpan dəyişikliklə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı sənətçinin təxminən 45 kiloqram çəki itirdikdən sonrakı görünüşü maraq doğurub. Aktrisa arıqlama prosesində dərman preparatından yararlandığını etiraf edib. O, əvvəllər bu üsula müraciət etməkdə tərəddüd yaşadığını, lakin müalicəyə başladıqdan sonra qidalanma vərdişlərinə münasibətinin dəyişdiyini bildirib.
Hazırda Brodveydə nümayiş olunan "& Cülyetta" ("& Juliet") müziklində səhnəyə çıxan Mets sağlamlığındakı müsbət dəyişikliklərdən də danışıb. Onun sözlərinə görə, arıqladıqdan sonra oynaq ağrıları və iltihabla bağlı narahatlıqları azalıb. Bu da səhnədə daha sərbəst hərəkət etməsinə şərait yaradıb.
Aktrisanın yeni görünüşü və arıqlama hekayəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)