Məşhur aktrisa 78 yaşında öldü

17.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur ispan aktrisası Marisa Paredes vəfat edib.

Milli.Az xəbər verir ki, aktrisa 78 yaşında Madriddə dünyasını dəyişib.

Qeyd edək ki, Paredes 14 yaşından aktrisalığa başlayıb. O, bütün karyerası ərzində 75-dən çox filmdə çəkilib. Buraya "Hündürdaban" (1991), "Həyat gözəldir" (1997), "Anam haqqında hər şey" (1999), "Şeytanın bel sümüyü" (2001) və "Yaşadığım dəri" (2011) filmləri daxildir. /Axşam.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью