Məşhur aktrisa ana olmağa hazırlaşır

12.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Türkiyəli aktrisa Merve Dizdar ana olmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, dekabr ayında doğuş etməsi gözlənilən aktrisa hamiləlik dövrünə aid yeni fotolarını sosial şəbəkədə paylaşıb. Mavi libasda kamera qarşısına keçən Dizdarın böyüyən qarnı diqqət çəkib.

İki il əvvəl Cihan Aygerlə sadə mərasimlə ailə quran aktrisa ilk övladını dünyaya gətirməyə hazırlaşır. Şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Dizdar yeni fotolarını izləyiciləri ilə bölüşüb. pizza hut

Məlumata görə, cütlüyün oğlan övladı olacaq. Onlar dekabr ayında dünyaya gələcək körpələrini qucaqlarına almaq üçün gün sayırlar.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью