Məşhur aktrisa evində ölü tapıldı

16.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Ulduz müharibələri” və “Qaranlıq cəngavər” filmlərində rol alan britaniyalı aktrisa Tina Simmons mənzilində ölü tapılıb.

Modern.az xəbər verir ki, aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Tina Simmons britaniyalı aktrisa və kaskadyor idi. O, əsasən məşhur film franşizalarında epizodik rolları və dublyor fəaliyyəti ilə tanınıb.

Simmons “Ulduz müharibələri”nin ayrı-ayrı epizodlarında, Ceyms Bond haqqında bir neçə filmdə, “Qaranlıq cəngavər” və “Hörümçək-adam” ekran əsərlərində çəkilib.

Onun film və seriallardakı fəaliyyəti 200-dən çox rolu əhatə etsə də, bir çox hallarda adı ekran titrlərində qeyd olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью